"Konyaspor" baş məşqçisi ilə yollarını ayırdı
29.04.2024 - 15:22
"Konyaspor" baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə Super Liqa komandalarından olan "Konyaspor" baş məşqçisi Fahrudin Ömeroviçlə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Konyaspor" Super Liqada 34 turdan sonra 36 xalla 15-ci pillədə qərarlaşıb.

 

writer photo
Əlirza Əlirzalı
0