Merih Demiral 20 milyona transfer edildi
18.06.2022 - 10:39
Merih Demiral 20 milyona transfer edildi

Türkiyə millisinin müdafiəçisi Merih Demiralın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçu “Atalanta”ya keçib.

Berqamo təmsilçisi ötən mövsüm “Yuventus”dan icarəyə götürdüyü mərkəz müdafiəçisini birdəfəlik transfer edib. Bu keçid Turin klubuna 20 milyon avro qazandırıb.

Qeyd edək ki, Merih Demiral ötən mövsüm bütün turnirlərdə 42 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0