Simeonenin oğlu atasıyla bir komandada olmaq istəmir
29.11.2023 - 20:43
Simeonenin oğlu atasıyla bir komandada olmaq istəmir

“Atamla eyni komandada olmaq istəmərəm”.

Apasport.az xəbər verir ki, bu sözləri "Napoli"nin hücumçusu Covanni Simeone “Atletiko”da atası Dieqo Simeone ilə bir komandanın şərəfini qorumaqla bağlı suala cavab verərəkən deyib.

28 yaşlı argentinalı karyerasını gələcəkdə La Liqada davam etdirməyin əleyhinə deyil: “Gələcək karyeramda İspaniyada oynamaq arzularımdan biridir. Baş məşqçisi atamın olduğu bir komandaya getmək istəməzdim, çünki bu, çətindir. Bütün oyunçular eqoistdirlər, düşünə bilərlər: “Bax, bu Simeonenin oğludur”. Və əgər məşqçi haqqında danışmaq lazımdırsa və mən oradayamsa... Bilmirəm. Oğul olanda bu situasiyaya uyğunlaşmaq çətindir”.

Qeyd edək ki, bu mövsüm “Napoli” forması ilə 15 matçda iştirak edən Simeone 1 dəfə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0