“Neftçi” Fil Dişi Sahilindən olan İdrissa Dumbiyanı heyətinə qatmaqda israrlıdır.
Apasport.az saytının əldə etdiyi məlumata görə, “ağ-qaralar” 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalamaq niyyətindədir.
Mənbənin məlumatına görə, Dumbiya artıq Bakıya gələrək klub rəhbərliyi ilə danışıqlar aparıb. Futbolçu özü də “Neftçi”də oynamağa razılıq verib.
Hazırda tərəflər danışıqlarda son mərhələyə çatıblar. Həmin detallar razılaşdırıldıqdan sonra rəsmi müqavilə imzalanacaq.
Əgər yekun razılıq əldə olunsa, yarımmüdafiəçi mövsümün sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atacaq.
Qeyd edək ki, azad agent statusuna malik İdrissa Dumbiya daha əvvəl “Anderlext”, “Axmat”, “Sportinq”, “Hueska”, “Alanyaspor” və “Əl-Əhli” kimi klublarda çıxış edib.
- Bakıda “Star Cup Azerbaijan – Ulduzlar Liqası” turnirinə start veriləcək
- Azərbaycan Kuboku: Yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı bəlli olub
- Sadettin Saran “Fənərbaxça” prezidentliyinə namizəd olub
- Edersonun yaşıl meydanlara qayıdacağı vaxt bəlli oldu
- “Zirə” “Kəpəz”i darmadağın etdi - YENİLƏNİB