“Bu gün “Qarabağ”ı çətin oyun gözləyir”.
Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis “Qarabağ”ın “Napoli” səfərindən bir xalla qayıdacağına inandığını bildirib:
“Çünki rəqib üçün bu oyundan qazanılacaq üç xal çox vacibdir. Üstəlik, evdə oynayırlar. Pley-off şanslarını saxlamaq üçün əllərindən gələni edəcəklər. “Qarabağ” isə minimum bir xal üçün meydana çıxacaq. Ağdam təmsilçisi ilk dəqiqələrdən rəqibin təzyiqi ilə üzləşəcək. Amma düşünürəm ki, sonrakı dəqiqələrdə bu ab-havanı qırıb daha rahat oynamağa başlayacaqlar. “Qarabağ” artıq hər bir rəqibə qarşı oynayıb xal ala biləcəyini sübut edib. Ona görə də bu oyunda da təmsilçimizin minimum bir xal qazanacağını düşünürəm”.
55 yaşlı çalışdırıcı Ağdam klubunun pley-off şanslarını yüksək qiymətləndirib:
“Qarşıdakı oyunlarda “Qarabağ”ın evdə iki matçı var - “Ayaks” və “Ayntraxt”. Niderland təmsilçisi ilə görüşdə şanslar daha yüksəkdir. “Napoli” səfərindən əldə olunacaq bir xal isə “Qarabağ”ı pley-offa bir addım da yaxınlaşdıracaq”.
Qeyd edək ki, “Napoli” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
- “Fənərbaxça” Okan Buruk haqqında bəyanat yayıb
- "Sabah" turu qələbə ilə başa vurdu - YENİLƏNİB
- Azərbaycanın İslam Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib
- Qanalı futbolçu üçün 100 milyon avro – Ronaldo ilə komanda yoldaşı ola bilər
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə