Burkina-Faso millisinin üzvü "Kəpəz"də - RƏSMİ
11.07.2025 - 14:07
"Kəpəz" daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi Burkina-Fasodan olan Adama Fofana azad agent kimi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı cinah müdafiəçisi ilə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Adama son olaraq Türkiyədə "Adanaspor"un formasını geyinib. O, həmçinin Fransada "Dijon" və İsveçdə "Verberq" klublarının şərəfini qoruyub.
- Penalti üçün daha nə lazımdır?: "Neftçi"dən növbəti etiraz - VİDEO
- "Başakşəhər"də Çağdaş Atan dövrü sona çatdı - Yeni namizəd bəllidir
- "Fənər"in futbolçusu Kipr klubunda - RƏSMİ
- Azərbaycan klubunun oyunçusu əməliyyat olunub - MÖVSÜMÜ BİTİRİB
- “Fənər” sponsoru ilə müqaviləni ləğv etdi - ADI MƏRC OYUNLARI İLƏ HALLANMIŞDI
0
0