
Bu gün UEFA Konfrans Liqasının I mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, “Araz-Naxçıvan” bu mərhələdə Yunanıstanın “Aris” komandası ilə qarşılaşacaq.
Komandanın baş məşqçisi Elmar Baxşıyev rəqib haqqında klubun mətbuat xidmətinə fikirlərini bildirib:
“Potensial rəqiblərimizin hamısı güclü komandalardır. Ümumiyyətlə, avrokuboklarda zəif və ya güclü rəqib axtarmaq mənasızdır. Burada rəqibi biz yox, püşk müəyyən edir. Hazırkı mərhələdə əsas vəzifəmiz komandamızı qısa müddətdə komplektləşdirmək, təlim-məşq toplanışına tam heyətlə başlamaq və oyunlara yaxşı hazırlaşmaqdır. Rəqibi hələ analiz etməmişik, çünki püşk indi atılıb. Onları təhlil etmək, zəif və güclü tərəflərini öyrənmək üçün vaxtımız var".
Qeyd edək ki, oyunlar iyulun 24-də və 31-də keçiriləcək.