Bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən tədbirdə Azərbaycan kubokunun sahibi "Sabah"ın da potensial rəqibi bəlli olub.
Bakı təmsilçisi Avropa Liqasının ilk mərhələsində Sloveniya "Selye"sinə məğlub olarsa, "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.
Komandalar ilk matçı səfərdə keçirəcəklər. İkinci görüş evdə olacaq.
Qeyd edək ki, bu mərhələnin ilk oyunları iyulun 24-də, ikinci matçları bir həftə sonra baş tutacaq.
- Marko Yankoviç: “Liverpul”a qarşı oynamaq bizim üçün şərəfdir”
- AL: “Beşiktaş”ın rəqibi Arda Turanın komandası ola bilər - YENİLƏNİB
- Gimnastlarımız Portuqaliyada uğurlu çıxış ediblər
- “Bornmut”un futbolçusu Premyer Liqada klubunu dəyişəcək
- Azərbaycan Kuboku: "Göygöl" və "Xankəndi" növbəti mərhələdə - YENİLƏNİB