
“Bu yarışı təşkil etdikləri üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və Azərbaycan Kamandan Oxatma Federasiyasına təşəkkürümü bildirirəm. İnanıram ki, bu idman növü ölkəmizdə daha da inkişaf edəcək”.
Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycanın kamandan oxatma millisinin baş məşqçisi Natiq Fazilov ölkə birinciliyinin final mərhələsindən sonra jurnalistlərə açıqlamasında deyib.
Məşqçi həmçinin bildirib ki, iki gün sonra milli komanda dünya çempionatında iştirak etmək üçün Koreyaya yollanacaq: “Əsas məqsədimiz sentyabr və oktyabr aylarında ölkəmizdə keçiriləcək III MDB Oyunlarında uğurlu çıxış etməkdir. Bu yarışda kamandan oxatma üzrə ən azı iki medal qazanmağı hədəfləyirik”.
- “Azəryol”dan qələbə, “Qarabağ” məğlub oldu
- Azər Həşimov: "Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq"
- Anar Quliyev: “Kamandan oxatma üzrə yarışlar gələcəkdə rayonlarda da keçirilə bilər”
- İspaniya millisinin üzvü addım-addım “Arsenal”a
- "Napoli" hücum xəttini yeni futbolçu ilə gücləndirib - RƏSMİ