“Neftçi” daha iki transfer həyata keçirməyə hazırlaşır.
Apasport.az saytına verilən məlumata görə, Vensan Abubakarla anlaşan “ağ-qaralar” digər legionerlə də danışıqlar aparır.
Bakı təmsilçisi Fil Dişi Sahilindən olan yarımmüdafiəçi İdrissa Dumbiyanı heyətinə qatmaq niyyətindədir.
Bir müddət əvvəl danışıqlara fasilə verilsə də, tərəflər yenidən masa arxasına oturublar və hazırda proses davam edir.
Qeyd edək ki, Dumbiya son olaraq Qətərin “Əl-Əhli” klubunda çıxış edib. O, karyerası ərzində “Anderlext”, “Zulte-Varegem”, “Axmat”, “Sportinq” və “Hueska” kimi komandaların da formasını geyinib.
- Çingiz Hüseynzadə: “Konyada qazandığımız medal sayını geridə qoyacağıq”
- Qurban Qurbanov: “İngiltərədə ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq”
- “Bavariya”nın futbolçusu “Yunayted”in radarında
- “Fənər” yetirməsini geri qaytarıb - RƏSMİ
- Okan Buruk və Kerem Aktürkoğlu arasında gərginlik: Bir-birilərini izləməyi dayandırdılar