Ozan Can Kökçü 3 dəqiqəyə fərqləndi
19.02.2025 - 11:32
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü HİK klubunda növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, o, Finlandiya Kubokunda KTP ilə görüşdə şans qazanıb.
Ozan komandasının 4:0 hesablı qələbə qazandığı oyunda sonuncu qolun müəllifi olub. Yarımmüdafiəçi 72-ci dəqiqədə meydana daxil olub və 3 dəqiqə sonra fərqlənib.
Qeyd edək ki, HİK 5 turdan sonra 12 xalla liderdir.
- “Arsenal”ın müdafiəçisi “Fənər”in radarında
- Millimizin baş məşqçisi: “Bu nəticə Azərbaycan taekvondosu üçün böyük uğurdur”
- Moratanın "Qalatasaray" macərası uzun çəkmədi - A Seriyasına qayıdacaq
- U21 yığmamız Bolqarıstanla heç-heçə etdi - YENİLƏNİB
- Felipe Santos: "Komandada onun xüsusiyyətlərinə malik başqa oyunçu yoxdur"
0
0