Portuqaliya millisinin üzvü “Şamaxı”da - RƏSMİ
11.03.2026 - 11:56
“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, “münəccimlər” son olaraq “Portu B” komandasında çıxış edən Rodriqo Fernandeşi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Portuqaliya millisinin U16, U17, U18 və U19 komandalarında çıxış edən Rodriqo futbol karyerasına “Sportinq” akademiyasında başlayıb.
- Naxçıvan Futbol Federasiyasının prezidentinin şirkətinin qanunsuz fəaliyyəti aşkar edilib
- “Barsa”nın yetirməsi “Atletik”də - RƏSMİ
- Emreli üçün yeni şans: İtaliya və Polşadan təkliflər var
- Ramin Quliyev: “Bəxtsizlik və diqqətsizlik “Sabah”a baha başa gəldi”
- Millinin baş məşqçisi: “Azərbaycan güləşi üçün hər zaman çalışmağa hazıram”
0
0