Misli Premyer Liqasında klub sayı artırıla bilər.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun XXXIV Hesabat Konfransından sonra keçirilən mətbuat konfransında deyib.
Qurum rəsmisi məsələ ilə bağlı hazırda İcraiyyə Komitəsində müzakirələrin aparıldığını qeyd edib:
"Klublara həm stadionların standartları baxımından, həm də öz stadionlarında oynanılması üçün tələblər sərtləşdiriləcək. Klublar vəsaitləri düzgün sərf etməklə infrastruktur çatışmazlıqlarını həll etsinlər, təmsil etdikləri bölgələrdə çıxış etsinlər. Bu istiqamətdə müzakirələr aparılır. İK-nın iclaslarının birində bununla bağlı qərar verməyi düşünürük. Bununla futbolun inkişafını təmin etmək istəyirik. Çox incə balans var, bunu təmin etməyə çalışırıq. Hazırda İK-nın iclasında müzakirə edilən mövzulardandır. Klub sayının artmasına gəlincə, prinsipcə müzakirə mövzusu ola bilər. Hansı klubların gələ biləcəyini və onların infrastruktur imkanlarını dəyərləndirməliyik. Stadion məsələsini həll edək, sonra klub sayına baxaq".
- Niyaməddin Paşayev: “Bu taekvondoçular bizim gələcəyimizdir”
- Zaur Əliyev: “Kürü keçək?!” yarışını gələcəkdə beynəlxalq səviyyədə təşkil etmək niyyətindəyik”
- Sabiq “Qalatasaray”lı Mərakeş klubunda - RƏSMİ
- Avropa Liqasının qalibi “Əl-İttihad”a transfer ola bilər
- “Arsenal”da ciddi itki - Mövsümü erkən başa vurdu