Misli Premyer Liqası təmsilçisi “Qarabağ” müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az saytının əldə etdiyi məlumata görə, “köhlən atlar” hazırda “Kəpəz” klubunda çıxış edən Cefferson Bentonu heyətinə qatmaq niyyətindədir.
Ağdam təmsilçisi 23 yaşlı müdafiəçini Kevin Medinanın potensial əvəzləyicisi kimi görür.
İddialara görə, 2027-ci ilin yayına qədər müqaviləsi olan Medina komandanın gələcək planlarında yer almır.
Şərtlər uyğun olduğu təqdirdə, braziliyalı futbolçu növbəti mövsümdən etibarən “Qarabağ”ın formasını geyinəcək.
Qeyd edək ki, Cefferson bu mövsüm “Kəpəz”in heyətində 17 oyunda iştirak edib. Onun Gəncə klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.
- Xorxe Silva: “Qarabağ”a qarşı eyni tempdə oynamaq çox çətindir”
- Fransa millisinin üzvü PSV-də - RƏSMİ
- Premyer Liqa klubu portuqaliyalı mütəxəssislə yollarını ayırıb
- Branimir Subaşiç: “Azərbaycan sona qədər mübarizə aparmalıdır, başqa yolu yoxdur”
- TFF "Trabzonspor" və "Beşiktaş"ın əcnəbi hakim tələbinə müsbət yanaşır