
Yeni mövsümə hazırlıqlarını Avstriyada davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionu Niderlandın “Tvente” komandası ilə qarşılaşıb.
Komandalar arasında ilk matç saat 17:00-da start götürüb. Qarşılaşma Ağdam klubunun qələbəsi ilə yekunlaşıb - 3:2.
İkinci görüş saat 19:15-də başlayıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yenidən Niderland təmsilçisi "Tvente" ilə üz-üzə gəlib.
Qarşılaşma Ağdam komandasının 1:2 hesablı məğlubiyyəti ilə bitib.
Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk sınaq oyununda Ukrayna "Metallist"inə (Xarkov) 4:5 hesabı ilə uduzub.