“Qarabağ”ın futbolçusuna görə məbləğ artırıldı: Portuqaliya və Türkiyədən maraq var
22.12.2025 - 23:30
“Botafoqo”nun “Qarabağ”ın futbolçusu Pedro Bikalyo ilə bağlı israrı davam edir.
Braziliya təmsilçisi daha əvvəl oyunçu üçün Ağdam klubuna göndərdiyi 2 milyon avroluq təklifi artırıb.
Apasport.az saytına verilən məlumata görə, klub 24 yaşlı yarımmüdafiəçi üçün “köhlən atlar”a 3 milyon avro ödəməyə hazır olduğunu bildirib.
“Qarabağ” hələlik bu təklifə rəsmi cavab verməyib.
Braziliyalı futbolçu ilə Portuqaliyanın “Braqa” və Türkiyənin “Sivasspor” klubları da yaxından maraqlanır.
Qeyd edək ki, Pedro Bikalyo Portuqaliyanın “Alverka” klubundan “Qarabağ”a transfer olunub.
- "Fənər"in yeni transferi 3 həftə OYNAYA BİLMƏYƏCƏK
- Hakan Çalhanoğlu: “İnter”ə qayıtdığım üçün xoşbəxtəm”
- “Qarabağ”ın rəqibi III Liqa klubunun hücumçusunu transfer edib
- “Qarabağ” dünya reytinqində 38 pillə irəliləyib - “Sevilya” və “Nyukasl”ı qabaqlayıb
- Elvin Cəfərquliyev: “Etdiyimiz səhvlər məğlubiyyətə səbəb oldu”
0
0