Bud-çanaq oynağından əməliyyat olunan “Qarabağ” klubunun qapıçısı Şahruddin Məhəmmədəliyevin yaşıl meydanlara qayıdacağı vaxt bəlli olub.
Bu barədə Apasport.az saytına Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Həkimlərin rəyinə əsasən, onun müalicə və bərpa müddəti 4–6 ay təşkil edəcək.
Komandanın digər üzvü Joni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışının 7–10 gün ərzində baş tutacağı gözlənilir.
“Qarabağ”ın daha bir futbolçusu Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi çərçivəsində yanvar ayında fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, hər üç futbolçunun müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam edir.
- Qətərdə rapid və blits üzrə dünya çempionatı start götürüb
- Felipe Santos: "Komandada onun xüsusiyyətlərinə malik başqa oyunçu yoxdur"
- "Qarabağ" - "Şkendiya" matçına satılan biletlərin sayı açıqlanıb
- “Beşiktaş”ın yeni transferi millinin heyətində zədələnib
- “Çelsi”nin futbolçusunun evinə oğrular girib