"Qarabağ daha bir futbolçunun keçidini reallaşdırıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev heyətə cəlb olunub.
Klubla 29 yaşlı hücumçu arasında 1 illik müqavilə imzalanıb. Şeydayev “Qarabağ”da 77 nömrəli forma ilə çıxış edəcək.
Ramil 2017-2018 və 2021-2023-cü illərdə də “Qarabağ”da forma geyinib. O, bu komanda ilə 3 dəfə Azərbaycan çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb. 2022/23 mövsümündə 22 qolla Premyer Liqanın bombardiri adına sahib olub.
Azərbaycan milli komandasında keçirdiyi 69 oyunda 10 qol vuran forvard karyerası ərzində “Zenit”, “Rubin”, “Krılya Sovetov”, Moskva “Dinamo”su (hamısı Rusiya), “Trabzonspor”, “Kocaelispor” (hər ikisi Türkiyə), “Jilina” (Slovakiya), “Buriram Yunayted” (Tailand), ölkəmizdə isə “Sabah” və “Neftçi”də çıxış edib.
Qeyd edək ki, "Qarabağ" bunadək altı futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae, Joni Montiel və Kamilo Duranı heyətinə qatıb.
- Premyer Liqa: “Arsenal” “Tottenhem”i darmadağın edib
- Vinisius “Real”dan ayrılır? - FRANSA TƏMSİLÇİSİ HƏRƏKƏTƏ KEÇDİ
- “Qarabağ”ın futbolçusuna görə məbləğ artırıldı: Portuqaliya və Türkiyədən maraq var
- “Liverpul” və Ronaldodan Jotanın ailəsinə böyük jest
- Toğrul Əsgərov: "Komandamız gənc, yolumuz uzun, hədəfimiz çox böyükdür"