“Sumqayıt” yeni transferinin müqavilə detallarını açıqladı
09.08.2025 - 23:15
Daha əvvəl xəbər verdiyimiz kimi, “Sumqayıt” sabiq yarımmüdafiəçisi Masaki Muratanı heyətinə qaytarıb.
Apasport.az xəbər verir ki, komanda son mövsümü Danimarkanın "Veyle" klubunda keçirən futbolçu ilə 2 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Murata "Sumqayıt"ın heyətində 71 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Masaki Murata 2022/23 mövsümünün ikinci yarısı və 2023/24 mövsümündə "Sumqayıt"ın heyətində ümumilikdə 54 oyun keçirib. O, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- İspaniyalı müdafiəçi daha 6 il “Barsa”da - RƏSMİ
- “Qəbələ” “İmişli” səfərindən bir xalla qayıdır - YENİLƏNİB
- Niyaməddin Paşayev: “Bu taekvondoçular bizim gələcəyimizdir”
- ÇL: "Qalatasaray"ın potensial rəqibləri bəlli olub
- Federasiya rəsmisi: “Pumse növünün Olimpiya Oyunlarının proqramına daxil edilməsi gözlənilir”
0
0