
“Oyun bir qədər çətin keçdi. Bu, komandamızın ilk matçı idi və futbolçular arasında həyəcan hiss olunurdu. İnşallah, gələn görüşlərdə oyunumuzu təkmilləşdirməyə çalışacağıq”.
Apasport.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Amputant Futbolu üzrə milli komandasının baş məşqçisi Ramil Həbibov deyib.
O, komandadan gözləntilərin yüksək olduğunu vurğulayıb: “Qarşıda bizi İsrail millisi ilə oyun gözləyir. Rəqibimiz güclüdür, amma oyunçularıma inanıram. Hazırlıq prosesi yüksək səviyyədə keçib və komandamızın fiziki hazırlığı çox yaxşıdır”.
Mütəxəssis həmçinin qeyd edib ki, ölkədə daxili çempionatın yaradılması istiqamətində işlər görüləcək: “Bildiyiniz kimi, hazırda ölkədə daxili çempionatımız yoxdur. Lakin bu turnirdən sonra liqanın yaradılması istiqamətində addımlar atılacaq”.
- Polad Rzayev Avstriyada beynəlxalq turnirində çıxış edəcək
- “Qarabağ” Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya göndərib
- Branimir Subaşiç: “Azərbaycan sona qədər mübarizə aparmalıdır, başqa yolu yoxdur”
- "Siti" onu buraxmaq istəmir - MÜQAVİLƏ YENİLƏYƏCƏK
- Super Liqa: “Beşiktaş” İzmir səfərindən xalsız qayıdır