Azərbaycan millisi İslamiadanın qalibi oldu - ardıcıl üçüncü dəfə
19.11.2025 - 21:03
Azərbaycanın qadın 3x3 basketbol millisi VI İslam Həmrəyliyi Oyunlarında final matçına çıxıb.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarışın həlledici görüşündə komandamız Türkiyə yığması ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən oyunda millimiz rəqibini 21:13 hesabı ilə məğlub edərək turnirin qızıl medalına sahib olub.
Qeyd edək ki, yığmamız ardıcıl üçüncü dəfə İslam Həmrəyliyi Oyunlarının çempionu olub
- Elvin Cəfərquliyev: “Etdiyimiz səhvlər məğlubiyyətə səbəb oldu”
- Azərbaycanın İslam Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib
- Millimizin Avropa çempionatı üçün ilkin heyəti müəyyənləşdi
- “Aris”in baş məşqçisi: “Cavab oyunu tamamilə fərqli olacaq”
- Yığmamızın baş məşqçisi: "Amputant futbol liqasının yaradılması istiqamətində addımlar atılacaq”
0
0