“Fənərbaxça” Türkiyə çempionu oldu!
25.06.2025 - 23:42

Türkiyə Basketbol Liqasının final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, həlledici oyunda “Fənərbaxça Beko” doğma meydanda “Beşiktaş”la qarşılaşıb.
“Sarı-lacivərdlilər” rəqibini 84:68 hesabı ilə məğlub edərək seriyada ümumi hesabı 4:1-ə çatdırıblar və çempionluğunu rəsmiləşdiriblər.
Qeyd edək ki, “Fənər” ardıcıl ikinci mövsümdür ki, Türkiyə Basketbol Liqasının qalibi olur.
0
0