DÇ: “Siti”dən uğurlu start
18.06.2025 - 22:07
DÇ: “Siti”dən uğurlu start

ABŞ-də keçirilən futbol üzrə klublararası dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçı G qrupunda baş tutub.

"Mançester Siti" Mərakeş təmsilçisi "Vidad"la üz-üzə gəlib.

Görüş Premyer Liqa klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

G qrupu
I tur

20:00. Mançester Siti (İngiltərə) - Vidad (Mərakeş) - 2:0