Depay Van Persini GERİDƏ QOYDU
08.09.2025 - 09:09
Memfis Depay Niderland millisinin tarixində ən məhsuldar hücumçuya çevrilib.
Apasport.az xəbər verir ki, 31 yaşlı forvard DÇ-2026-nın seçmə mərhələsində Litvaya qarşı keçirilən oyunda dubl edərək yığmadakı qol sayını 52-yə çatdırıb.
Bununla da o, 102 oyunda 50 qol vurmuş Robin van Persini geridə qoyub.
Depay milli komandada 104 oyuna 52 qol vurmaqla rekorda imza atıb.
Qeyd edək ki, Hazırda Braziliyanın “Korintians” klubunda çıxış edən futbolçu daha əvvəl “Atletiko”, “Barselona”, “Lion”, “Mançester Yunayted” və PSV kimi klubların da formasını geyinib.
- UEFA-dan tarixi qərar: SLOVAKİYA DA ÇEMPİON ELAN EDİLDİ
- “Fənərbaxça”nın yeni hədəfi: Arçi Braun
- “Qarabağ”ın futbolçusuna görə məbləğ artırıldı: Portuqaliya və Türkiyədən maraq var
- "Çelsi"nin ulduzu sıradan çıxdı - 3 həftə oynamayacaq
- İsmayıl Zülfüqarlı: “Milli komandadan təklif gələcəyini fikirləşirdim“
0
0