"Hayduk" - "Zirə" oyununun hakim təyinatları açıqlanıb
09.07.2025 - 14:49
"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə “Hayduk”a (Xorvatiya) qarşı keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb.
Apasport.az xəbər verir ki, Splitdə baş tutacaq “Hayduk” - “Zirə” oyununu italiyalı hakimlər briqadası idarə edəcək.
Baş hakim Luka Payrettoya yan xətt hakimləri Cüzeppe Perrotti və Xaled Bahri köməklik edəcək.
Dördüncü hakim isə Paride Tremolada olacaq.
Qeyd edək ki, “Hayduk” - “Zirə” oyunu iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Tərəflər arasında ilk görüş iyulun 23-də Bakıda baş tutacaq.
- İsmayıl Zülfüqarlı: “Milli komandadan təklif gələcəyini fikirləşirdim“
- Rövşən Nəcəf: “Bunu yenilənmə mərhələsi kimi qiymətləndiririk”
- Ronaldo yenə zirvədə - İLK MİLYARDER FUTBOLÇU OLDU
- “Çelsi”də ciddi itki - 6-8 həftə oynamayacaq
- DÇ: "Fluminense"dən qələbə, "Palmeyras" "Çelsi" ilə bacarmadı- YENİLƏNİB
0
0