Kenan Yıldız “Yuventus”da 100-ə çatdı
26.11.2025 - 02:11
Türkiyə millisinin üzvü Kenan Yıldız “Yuventus” forması ilə 100-cü matçına çıxıb.
Apasport.az xəbər verir ki, gənc futbolçu bu yubileyə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda səfərdə keçirilən “Bodo-Qlimt"lə matçda nail olub.
20 yaşlı hücumçu oyuna ehtiyat oyunçular skamyasında başlayıb və matçın 46-cı dəqiqəsində meydana daxil olub. Kenan görüşü bir məhsuldar ötürmə ilə başa vurub.
Qeyd edək ki, “Bodo-Qlimt” – “Yuventus” oyunu “qoca sinyora”nın 3:2 hesablı qələbəsi ilə nəticələnib.
- Luis Enrike zirvədə: Dünyanın ən yaxşı baş məşqçisi seçildi
- “Araz”ın ulduzu Avropa klublarının radarında: Yunanıstandan təklif
- "Elə bilirdim bura alman şəhəridir" dedi - HEYƏTDƏN UZAQLAŞDIRILDI
- Toğrul Əsgərov: "Komandamız gənc, yolumuz uzun, hədəfimiz çox böyükdür"
- Millimiz AÇ-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB
0
0