UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilməyə davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" evdə "Levski"ni qəbul edib.
Oyun "Bank Respublika Arena"da baş tutub. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Azarkeşlər 2 qola şahidlik ediblər. "Sabah" öz meydanında rəqibinə 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, bu komandalar arasında ilk matçı Bolqarıstan təmsilçisi 1:0 hesabı ilə qalib başa vurmuşdu.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
20:00. "Sabah" - "Levski" 0:2
“Sabah”: 92. Stas Pokatilov, 5. Rəhman Daşdəmirov, 3. Stiv Solvet, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 22. Zinədin Uld Xaled, 7. Boyan Letiç, 70. Cesse Sekidika, 18. Pavol Safranko (k), 20. Coy-Lens Mikels
Baş məşqçi: Valdas Dambrauskas
“Levski”: 92. Svetoslav Vutsov, 21. Aldair Neveş, 50. Kristian Dimitrov, 4. Kristian Makun, 3. Maykon, 10. Asen Mitkov, 17. Everton Bala, 18. Qasper Trdin, 88. Marin Petkov (k), 77. Borislav Rupanov, 99. Radoslav Kirilov
Baş məşqçi: Xulio Velaskes
- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Yığmamızın baş məşqçisi: "Amputant futbol liqasının yaradılması istiqamətində addımlar atılacaq”
- Sabiq "Sumqayıt"lı Azərbaycana qayıda bilər - "İmişli" onu istəyir
- “Karvan” futbolçusu ilə yollarını ayırdı - RƏSMİ
- “Kopenhagen”in baş məşqçisi: “Biz əvvəldən "Qarabağ"ın güclü olduğunu bilirdik”