Bu gün AVRO-2024-ün seçmə mərhələsi başa çatacaq.
Apasport.az xəbər verir ki, X turun son günündə Türkiyə milli komandası qrup liderliyi üçün səfərdə Uels millisi ilə qarşı-qarşıya gələcək.
Vinçentso Montellanın yetirmələri matçdan məğlub ayrılmadıqları təqdirdə paralel keçirilən Xorvatiya-Ermənistan oyununun nəticəsindən asılı olmayaraq qrup lideri kimi AVRO-2024-ün final mərhələsinə vəsiqəni təmin edəcəklər. Uels isə Türkiyəni məğlub etdikdən sonra qrupdan çıxmaq üçün Xorvatiyanın hər hansı xal itkisini gözləyəcək.
Montellanın rəhbərliyi altında çıxdığı 3 matçı da qazanmağı bacaran "ay-ulduzlular" qrupdan lider çıxaraq Almaniyada keçiriləcək turnirin püşkatmasında 2-ci səbətdə yer almaq istəyir.
Qeyd edək ki, Uels-Türkiyə qarşılaşması bu axşam Bakı vaxtıyla saat 23:45-də start götürəcək və CBC Sport kanalıyla canlı yayımlanacaq.
- "Beşiktaş" yeni transferinin zədəsi ilə bağlı açıqlama yayıb
- Okan Buruk: “İki futbolçumuzun ayağı sına bilərdi”
- Tahir Gözəl: “Qələbəni xalqımıza və şəhidlərimizə həsr edirəm”
- "Formula 1": Çin Qran-prisi ilə müqavilənin müddəti uzadılıb
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”