UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Torpedo" matçından öncə qəsəbə təmsilçisinin futbolçusu Qismət Alıyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, azərbaycanlı müdafiəçi görüşlə bağlı fikirlərini bölüşüb:
"Sabah bizi yaxşı və təcrübəli komandaya qarşı oyun gözlyəir. "Torpedo" son illərdə avrokuboklarda daim iştirak edir. Bizim də yetərincə təcrübəmiz var. Sabah ən yaxşısını etməyə çalışacağıq ki, meydandan istədiyimiz nəticə ilə ayrılaq".
- Hava durumunu nəzərə alsaq, sabah çətin olmayacaq?
- Bundan əvvəl də isti havalarda oynamışıq. Problem yaradacağını düşünmürəm. Komanda şəklində oyuna hazırlaşırıq.
- Rəqibin hücum planında nələri qeyd edərdiniz?
- Məşqçilər rəqib haqda yetərincə tapşırıqlar veriblər. Onların heyətində hər an oyunu dəyişəcək fubtolçular var. Sabah ilk dəqiqələrdən diqqətli olmalıyıq.
Qeyd edək ki, "Zirə" - "Torpedo" oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Okan Buruk: “Ən çətin oyunlarımızdan biri olacaq”
- Azərbaycan taekvondoçuları Avropa birinciliyinin qalibi olub - FOTO
- “Fənərbaxça”nın rəqibi baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ
- Cüdoçularımız Yaponiyada təlim-məşq toplanışına start verib - FOTO