Ötən ilin sentyabr ayında Azərbaycanda keçirilmiş III MDB Oyunlarının boks üzrə bürünc medalçısı Əli Ruşanov faciəvi şəkildə vəfat edib.
Apasport.az xəbər verir ki, bir neçə gün sonra start götürəcək Azərbaycan çempionatına hazırlaşan 16 yaşlı idmançı məşq zamanı huşunu itirib.
Xəstəxanaya çatdırılsa da, boksçunun həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycan Boks Federasiyasından saytımıza verilən məlumata görə, fevralın 14-də iki yeniyetmə boksçu – Vaqif Rüfət oğlu Məhəmmədli və Əli Fazil oğlu Ruşanov arasında şəxsi məşqçilərinin istəyi ilə sınaq döyüşü (sparrinq) keçirilib.
6-7 dəqiqə davam edən sparrinq zamanı Əli Ruşanov huşunu itirərək yerə yıxılıb. Dərhal təcili tibbi yardım briqadası müdaxilə edib. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Vaqif Məhəmmədli və Əli Ruşanov yaxın günlərdə keçiriləcək yeniyetmələr arasında Azərbaycan çempionatına hazırlaşmaq üçün məşqçiləri ilə birlikdə Bakıya gəliblər.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”, – deyə federasiyanın mətbuat xidmətindən bildirilib.

- Cüdoçularımız Yaponiyada təlim-məşq toplanışına start verib - FOTO
- İslam Oyunları: Aytac Qardaşxanlı bürünc medal qazandı - YENİLƏNİB
- Azər Həşimov: "Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq"
- "Sabah" heyətini yeni oyunçu ilə gücləndirib - VİDEO
- Aziz Yıldırım və Ali Koç arasında gərginlik - VİDEO