İslam Oyunları: Cüdoçumuz 1/4 finalda məğlub oldu
09.11.2025 - 13:16
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları üzrə cüdo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 78 kq çəki dərəcəsində döyüşən Günel Həsənli döşək üzərinə çıxıb.
Təmsilçimiz 1/4 final mərhələsində Qazaxıstan idmançısı Aruna Yangeldina ilə qarşılaşıb. İdmançımız bu görüşdə rəqibinə məğlub olub.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
- Dünya çempionatında iştirak edəcək güləşçilərimiz bəlli olub
- Ramin Quliyev: “Bəxtsizlik və diqqətsizlik “Sabah”a baha başa gəldi”
- Zirə”nin potensial rəqibləri arasında ilk dueldə Albaniya təmsilçisi üstün oldu
- Sabiq "Liverpul"lu yenidən Premyer Liqada - RƏSMİ
- Bir dövrün sonu - XORVATİYALI "REAL"DAN AYRILIR - RƏSMİ
0
0