“Formula 1" pilotları Bakıda azarkeşlərlə görüşüblər - FOTO
19.09.2025 - 18:20
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində pilotlar ilə "Fan Forum" təşkil olunub.
Apasport.az xəbər verir ki, tədbir Dənizkənarı Bulvar ərazisində yerləşən Fan Zonada keçirilib.
Məşhur sürücülər azarkeşlərlə görüşərək, onların suallarını cavablandırıblar.
Komandalar üçün ayrılmış vaxt ərzində fanatlar "Formula 1" ulduzlarını yaxından görmək imkanı əldə ediblər.
Bugünkü "Fan Forum"da "Racing Bulls", "Williams", "McLaren", "Kick Sauber" və "Aston Martin" komandalarının üzvləri iştirak ediblər. Şənbə günü digər pilotlarla görüş nəzərdə tutulub.
- “Qarabağ” ÇL-də tarix yazmağa davam edir: ARDICIL İKİNCİ QƏLƏBƏ - YENİLƏNİB
- Şahin Diniyevdən “Sabah”a xəbərdarlıq: “ÇƏTİNLİK ÇƏKƏCƏK”
- “Yuventus” daha bir “fənərli”yə “göz dikdi” – rəsmi təklif göndərildi
- Tacikistan millisinin üzvü “Turan Tovuz”da
- AFFA-nın əməkdaşları UEFA-nın seminarında iştirak ediblər
0
0