
UFC-nin keçmiş ikiqat çempionu, 66 və 70 kq çəki dərəcələrində çıxış edən 37 yaşlı irlandiyalı Konor Makqreqor antidopinq qaydalarını pozduğuna görə 18 ay müddətinə yarışlardan kənarlaşdırılıb.
Apasport.az xəbər verir ki, bu barədə USADA (ABŞ Antidopinq Agentliyi) rəsmi məlumat yayıb.
Məlumata görə, Makqreqor 2024-cü il ərzində üç dəfə öz yerləşdiyi yer barədə dəqiq məlumat verməyib, bu səbəbdən müfəttişlər ondan dopinq nümunəsi götürə bilməyiblər.
Qaydalara əsasən, bu hal avtomatik olaraq qayda pozuntusu hesab olunur.
Buna baxmayaraq, irlandiyalı döyüşçü istintaqla tam əməkdaşlıq edib və məsuliyyəti öz üzərinə götürüb. Nəticədə, USADA standart iki illik cəzanı 18 aya endirib.
Qeyd edək ki, Makqreqor 2026-cı il martın 20-də oktaqona qayıtmaq hüququ əldə edəcək.
- Rahid Əmirquliyev: "Qarabağ" göstərdiyi oyunla ÇL-də yer alacağına bizi ümidləndirir"
- Xorvatiya millisinin üzvü Super Liqa klubunda
- Premyer Liqadan Bundesliqaya - RƏSMİ
- "Arsenal" üçüncü formasını təqdim edib - FOTO
- Vladimir Miçoviç: "Novakı nə vaxtsa “Neftçi”nin qapıçısı kimi görmək istəyərdim" - MÜSAHİBƏ