Avarçəkənlərimiz Portuqaliyaya yola düşüb
23.07.2025 - 15:14
Avarçəkənlərimiz Portuqaliyaya yola düşüb

Azərbaycanın kayak və kanoe üzrə milli komandası dünya çempionatında iştirak etmək üçün Portuqaliyaya yola düşüb.

Apasport.az xəbər verir ki, 23–27 iyul tarixlərində Portuqaliyanın Montemor-o-Velyo şəhərində gənclər və 23 yaşadək idmançılar arasında kayak və kanoe üzrə dünya çempionatı keçiriləcək.

Azərbaycanı bu yarışda 1 qadın, 2 kişi olmaqla, ümumilikdə 3 idmançı təmsil edəcək.

Kanoe növündə Tatyana Smilovenko medal uğrunda mübarizə aparacaq. Kayak növündə isə Amil Ramazanov və Əlimurad Hacızadə çempionatın mükafatçıları sırasına düşməyə çalışacaqlar.