“Arsenal”ın heyətində CİDDİ İTKİ
13.09.2025 - 16:21
"Arsenal” ciddi itki ilə üzləşib
Apasport.az xəbər verir ki, London klubunun yarımmüdafiəçisi Martin Odeqard zədələnib.
26 yaşlı futbolçu İngiltərə Premyer Liqasının IV turunda “Nottingem Forest”lə keçirilən oyunun 18-ci dəqiqəsində çiynindən xəsarət alıb.
Norveç millisinin üzvü görüşü davam etdirə bilməyib və əvəzlənib.
Qeyd edək ki, hazırda davam edən qarşılaşmada “Arsenal” 1:0 hesabı ilə öndədir.
- Samir Abasov: “Avrokuboklarda oynamaq istəyirik”
- Əvvəl rədd etdi, indi razılaşdı – FRANSALI FUTBOLÇU “ƏL-HİLAL”DA
- "Fənərbaxça" Kerem Aktürkoğlunu yenə ala bilmədi
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- FİFA ilin futbolçusunun adını açıqlayıb - PSJ-nin ulduzu zirvədə
0
0