Messinin komandasından darmadağın - 5:1
20.07.2025 - 12:02
Messinin komandasından darmadağın - 5:1

“İnter Mayami” MLS-də növbəti oyuna çıxıb. 

Apasport.az xəbər verir ki, sözügedən komanda səfərdə “Nyu York Red Bulls”la qarşılaşıb.

Qonaqlar rəqibini darmadağın edib - 5:1.

Qolları Lionel Messi (2), Seqoviya (2) və Jordi Alba vurub.

Qeyd edək ki, “İnter Mayami” 41 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.