İngiltərə Premyer Liqasının XIII turunun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Mançester Yunayted” səfərdə “Kristal Pelas”la qarşılaşıb.
İlk hissəsi ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın sonunda sevinən tərəf qonaqlar olub. Oyun “qırmızı şeytanlar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turdakı digər qarşılaşmada isə son zamanlar işləri qaydasında getməyən “Liverpul” səfərdə “Vest Hem”lə üz-üzə gəlib. Arne Slotun komandası Aleksandr İsak və Kodi Qakponun vurduğu qollar sayəsində 3 xal qazanmağı bacarıb.
İngiltərə Premyer Liqası
XIII tur
16:00. "Kristal Pelas" - "Mançester Yunayted" - 1:2
18:05. "Aston Villa" - "Vulverhempton" - 1:0
18:05. "Nottingem Forest" - "Brayton" - 0:2
18:05. "Vest Hem" - "Liverpul" - 0:2
- Premyer Liqa: “Siti” “Liverpul”u darmadağın etdi
- Vladimir Miçoviç: "Novakı nə vaxtsa “Neftçi”nin qapıçısı kimi görmək istəyərdim" - MÜSAHİBƏ
- Bir matça belə çıxmadı - "Zirə"dən ayrıldı
- “El Klassiko”da sevinən tərəf “Real” oldu - YENİLƏNİB
- Zirə”nin potensial rəqibləri arasında ilk dueldə Albaniya təmsilçisi üstün oldu