İslam Oyunları: Yığmamız Pakistanı darmadağın edib
09.11.2025 - 12:24
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində stolüstü tennis yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, bu gün qadınlardan ibarət Azərbaycan millisi C qrupunun ikinci oyununda Pakistan seçməsi ilə qarşılaşıb.
Milli komandamız rəqibini 8:3 hesabı ilə məğlub edərək inamlı qələbə qazanıb. Bu nəticə ilə yığmamız qrupda liderliyi ələ keçirib və 1/4 final mərhələsinə yüksəlib.
Qeyd edək ki, millimiz daha əvvəl Uqanda üzərində 8:2 hesablı qələbə qazanmışdı.
- "Çelsi"nin ulduzu sıradan çıxdı - 3 həftə oynamayacaq
- Deflimpiya üzrə milli komandanın məşqçi heyətinin təqdimatı baş tutub - FOTO
- "Qarabağ"dan ayrıldı - YENİ KLUBU MÜƏYYƏNLƏŞDİ - FOTO
- Sadiq Şəfiyev yenidən "Kəpəz"də
- “Qarabağ”ın futbolçusuna görə məbləğ artırıldı: Portuqaliya və Türkiyədən maraq var
0
0