Noyabrın 12-də Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Yunanıstanın Afina şəhərində keçirilmiş kiçik yeniyetmələr arasında Avropa birinciliyində möhtəşəm nəticə (5 qızıl, 5 gümüş, 5 bürünc medal) əldə edən milli komandanın üzvləri və onların məşqçiləri ilə görüş keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə ATF-in vitse-prezidenti Niyaməddin Paşayev, Baş katib Aygül Abdullayeva, milli komandanın baş məşqçisi İlkin Şahbazov, böyük məşqçi Ziya Qasımov, idmançılar və media nümayəndələri iştirak ediblər.
Federasiya nümayəndələri komandamızın Avropa birinciliyində qazandığı nailiyyətləri və millimizin ümumi komanda hesabında birinci yeri tutaraq kuboka layiq görülməsini yüksək dəyərləndiriblər.
Bildirilib ki, bu uğur ölkəmizdə idmana göstərilən dövlət dəstəyinin və federasiya rəhbərliyinin taekvondonun inkişafına yönəlmiş məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Görüş zamanı media nümayəndələrinin sualları cavablandırılıb, məşqçilər və idmançılar yarışla bağlı təəssüratlarını bölüşüblər.
- Millini Ukrayna ilə matça çıxaracaq məşqçi bəlli olub
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- Polşa millisinin üzvü “Atalanta”da - RƏSMİ
- Fransa millisinin üzvü daha 5 il “Arsenal”da - RƏSMİ
- Selcan Mahsudova: “Olimpiya medalını qazanmaq əsas hədəfimdir”