“Bu nailiyyət bizim üçün böyük uğurdur”.
Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.
O, milli komandamızın Avropa çempionu olmasının Azərbaycan idmanı üçün böyük uğur olduğunu vurğulayıb:
“Hamımıza məlum olduğu kimi, noyabrın 9-da Yunanıstanın Afina şəhərində taekvondo üzrə kiçik yeniyetmələr arasında Avropa birinciliyi keçirilib. Bu mötəbər yarışda ölkəmizi 30 idmançı təmsil edib. Ümumilikdə 385 idmançının mübarizə apardığı birincilikdə təmsilçilərimiz uğurlu çıxışları ilə yadda qalıb və 5 qızıl, 5 gümüş, 5 bürünc medal qazanıblar. Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında birinci yeri tutaraq Avropa çempionu olub. Əlbəttə, kiçik yaşlı idmançılarımız bizim gələcəyimizdir və biz onlardan gələcəkdə daha böyük uğurlar gözləyirik. Qalib olan bütün taekvondoçularımızı səmimi-qəlbdən təbrik edirəm. Bu kubokun qazanılmasında əməyi olan hər bir idmançımıza, başda baş məşqçilərimiz Ziya müəllim və İlkin müəllim olmaqla bütün komanda heyətinə təşəkkür edirəm. Gələcək yarışlarda da onlara yeni uğurlar arzulayıram.
Fürsətdən istifadə edərək bizə bu şəraiti yaradan Azərbaycan Taekvondo Federasiyasına və Gənclər və İdman Nazirliyinə dərin minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Azərbaycan taekvondoçuları Avropa birinciliyini 5 qızıl, 5 gümüş və 5 bürünc medalla başa vurublar.
- "Qaradağ Lökbatan"nın legioneri: "Azərbaycan futbolundan bu məsələnin araşdırılmasını tələb edirəm"
- Tofiq Əliyev: "Bir göz qırpımında tamblinq cığırı ilə tək qalıram" - MÜSAHİBƏ
- Aziz Yıldırım: “Artıq uşaqlar “Fənərbaxça”lı olmur” - VİDEO
- "Yunayted"dən 75 milyon avroluq transfer - RƏSMİ
- "Beşiktaş" yeni transferinin zədəsi ilə bağlı açıqlama yayıb