Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start götürən III MDB Oyunlarının taekvondo yarışlarının ilk günü millimiz üçün uğurlu alınıb.
Apasport.az xəbər verir ki, yeddi çəki dərəcəsində keçirilən qarşılaşmalarda Azərbaycan taekvondoçuları yüksək nəticələr əldə ediblər.
Günün ən parlaq çıxışlarını Ziya Həsənli (63 kq), Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) nümayiş etdiriblər. Onlar finalda rəqiblərinə qalib gələrək ölkəmizə üç qızıl medal qazandırıblar.
Qızıl medalçılarla yanaşı, Elcan Əliyev (74 kq) və Ümid Rəhimzadə (54 kq) də finala qədər irəliləyiblər. Lakin həlledici görüşdə məğlub olan idmançılarımız gümüş medalla kifayətləniblər.
Azərbaycanın uğurlu çıxışı bununla yekunlaşmayıb. Taekvondoçularımız daha 6 bürünc medal da qazanıblar:
Kişilərdə: Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi – 87 kq)
Qadınlarda: Səlimə Quliyeva (46 kq), Nilufər Borji (53 kq), Nərgiz Kazımova (62 kq)
Beləliklə, yarışın ilk günündə Azərbaycan taekvondo millisi ümumilikdə 11 medal (3 qızıl, 2 gümüş, 6 bürünc) qazanaraq MDB Oyunlarına möhtəşəm başlanğıc edib.
- Qanalı futbolçu üçün 100 milyon avro – Ronaldo ilə komanda yoldaşı ola bilər
- Afrikada ilin futbolçusu adına namizədlər açıqlanıb
- Millimizin Avropa Qızıl və Gümüş Liqalarındakı oyunlarının təqvimi bəlli olub
- ÇL: “Qarabağ”ın Portuqaliya fəthi - YENİLƏNİB
- Branimir Subaşiç: "Azarkeşlərin buna ehtiyacı var"