Taekvondoçumuz Avropa çempionu olub - FOTO
20.11.2025 - 00:27
İsveçrənin Eql şəhərində taekvondo üzrə gənclər arasında keçirilən Avropa birinciliyinə start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə milli komandamızın aktivinə 3 medal yazılıb.
48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız İlyas Hətəmli turnirin qızıl medalına sahib çıxıb.
Mehdi Budaqlı (45 kq) və Novruz Əliyev (51 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, yarışda ölkəmizi 18 taekvondoçu təmsil edir.
- Mübariz İbrahimov: “Beynəlxalq yarışlarda Azərbaycanı qürurla təmsil edəcəyik”
- PSJ-nin futbolçusu Afrikanın ən yaxşısı seçilib
- "Araz-Naxçıvan"ın oyunçusu: "Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik"
- “Qalatasaray” Osimhen transferində sona yaxınlaşır
- Selcan Mahsudova: “Olimpiya medalını qazanmaq əsas hədəfimdir”
0
0