Taekvondoçumuz dünya üçüncüsü olub
29.10.2025 - 15:03
Çinin Uşi şəhərində keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Qaşim Maqomedov bürünc medala layiq görülüb.
Bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İdmançımız medala gedən yolda Abdul Vahid (Hindistan, 2:1), Omonjon Otajonov (Özbəkistan, 2:0), Lev Korneyev (Serbiya, 2:1) və Yusuf Badəm (Türkiyə, 2:1) üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 9 taekvondoçu ilə təmsil olunur.
- Miro Varvodiç: "Vaxtilə rəqiblər "Hayduk"dan çəkinirdilər"
- Bekhem İngiltərə klubunun sahibi oldu
- “Yunayted” dördüncü liqa klubuna məğlub oldu - MÜBARİZƏNİ DAYANDIRDI
- Dünya çempionatına qatılan daha bir ölkə bəlli oldu - 16 il sonra
- “Qalatasaray” illik 15 milyon avro təklif etdi - GECƏ İSTANBULA GƏLƏCƏK
0
0