Argentinalı futbolçu "Dortmund"da - RƏSMİ
27.08.2025 - 12:44
"Çelsi"nin futbolçusu Aron Anselminonun gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, argentinalı müdafiəçi "Borussiya Dortmund"a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya görə, 20 yaşlı oyunçu bir illik icarə əsasında Bundesliqa təmsilçisinin şərəfini qoruyacaq.
Futbolçu yeni komandasında 28 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Çelsi" Aron Anselminonu 2024-cü ildə "Boka Xuniors"dan 16,5 milyon avroya transfer edib.
- Qismət Alıyev: "Avropa komandaları “Qarabağ”la başabaş oynaya bilmir”
- Premyer Liqadan Bundesliqaya - RƏSMİ
- Belçika - Uels görüşündə 7 qol, İtaliyadan inamlı qələbə - YENİLƏNİB
- “Sabah”ın baş məşqçisi: “Səhvlərimizi təhlil edib aradan qaldırmalıyıq”
- III MDB Oyunları: 14 taekvondoçumuz medallar uğrunda mübarizə aparacaq
0
0