“Atletiko”nun futbolçusu zədələnib
24.11.2025 - 22:57
“Atletiko Madrid”in futbolçusu Markus Lyorente zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
La Liqa təmsilçisinin açıqlamasına görə, 30 yaşlı sağ cinah müdafiəçisinin ayaq əzələsində zədə aşkarlanıb.
Xatırladaq ki, İspaniya millisinin üzvü ötən gün “Xetafe” ilə qarşılaşmanın (1:0) 14-cü dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalmışdı.
Qeyd edək ki, Markus Lyorente bu mövsüm “Atletiko”nun heyətində iştirak etdiyi 20 rəsmi oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Salifu Suma Azərbaycana qayıdır? - PREMYER LİQADA HƏRARƏT YÜKSƏLİR
- Premyer Liqa: “Everton” “Yunayted” səfərindən 3 xalla qayıdır
- Qurban Qurbanov: “Hansısa xırdalıqlara getməyə ehtiyac yoxdur”
- AL: Ardanın "Şaxtyor"undan "Beşiktaş"a 4 qol - YENİLƏNİB
- Azərbaycan boksçusu dünya çempionatında 1/8 finala yüksəlib
0
0