"Ayaks"dan ayrıldı - Premyer Liqaya qayıdır
11.07.2025 - 12:36
"Ayaks"dan ayrıldı - Premyer Liqaya qayıdır

“Ayaks”dan ayrılan Cordan Hendersonun gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü karyerasını vətənində davam etdirəcək.

35 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçilərindən “Brentford”la razılığa gəlib. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, Henderson yeni komandası ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Cordan karyerası ərzində “Koventri”, “Liverpul”, “Sanderlend” və “Əl-İttifaq” klublarının formasını geyinib.