“Barsa”dan ayrıldı - yeni klubu bəlli oldu
15.07.2025 - 10:28
"Barselona"nın futbolçusu Pablo Torre karyerasını “Malyorka”da davam etdirəcək.
Apasport.az xəbər verir ki, La Liqa təmsilçisi 22 yaşlı yarımmüdafiəçini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı oyunçu ilə 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, “Barselona” futbolçunu geri alma hüququnu özündə saxlayır. Əgər Pablo Torre gələcəkdə başqa bir kluba transfer olunarsa, katalon klubu satışdan müəyyən faiz əldə edəcək.
- "Fənərbaxça", "Beşiktaş və "Qalatasaray"ın Avropadan qazandığı gəlir açıqlandı
- “Lids” 3 xalı 1 qolla qazanır
- Ölkəmizi Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılar müəyyənləşib
- Azərbaycanın İslam Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib
- Ölkəmiz Niderland və Belçikada 22 taekvondoçu ilə təmsil olunacaq
0
0