Bekhem İngiltərə klubunun sahibi oldu
08.05.2025 - 19:28

İngiltərə millisi və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhem daha bir klub alıb.
Apasport.az xəbər verir ki, veteran futbolçu keçmiş komanda yoldaşı Qarri Nevil ilə birgə İngiltərə dördüncü Liqa komandası "Salford Siti"nin səhmlərinin sahibi olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Bekhem həmçinin MLS liqasında çıxış edən "İnter Mayami"nin sahibidir.
0
0