Belçikalı qolkiper “Yunayted”də
02.09.2025 - 09:37
"Mançester Yunayted" daha bir transfer gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, komanda "Antverpen"in qolkiperi Senne Lammensi heyətinə qatıb.
Bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.
"Yunayted" Belçika millisinin futbolçusu üçün qarşı tərəfə 21 milyon avro ödəyib. 23 yaşlı qapıçı ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Lammens Belçika klubunda ötən mövsüm ümumilikdə 44 oyun keçirib və qapısında 56 qol görüb.
- Mahir Məmmədov: "Vüqar Həşimov Memorialının nüfuzu dünyada həddindən artıq böyükdür"
- “Qalatasaray”ın ÇL-dəki rəqibləri müəyyənləşib
- Rüstəm Orucov: “Belə təşkilatçılığa nadir hallarda rast gəlinir”
- "Real Madrid"ə ikinci türk: Modriçin tövsiyəsi
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
0
0