"Beşiktaş" "Real"ın futbolçusu ilə maraqlanır
08.09.2025 - 14:37
"Beşiktaş" "Real"ın futbolçusu ilə maraqlanır

"Beşiktaş" heyətini yeni oyunçu ilə gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, "qara qartallar" "Real Madrid" forması geyinən Raul Asensio ilə yaxından maraqlanır.

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, İstanbul klubu 22 yaşlı müdafiəçi üçün Madrid təmsilçisinə təklif göndərib. Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Raul Asensio "Real"ın yetirməsidir.